26.01.2021 [10:48] - Xəbərlər, Mədəniyyət
Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsi keçirilir. Müsabiqə martın 18-dək davam edəcək.
Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur. İki mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyalarında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidir.
“Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
-Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;
-Rəsmlərin işlənmə texnikası sərbəstdir;
-Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.
“Rəsm” nominasiyası üzrə işlər fevralın 18-dək ugim2@list.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
“Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır;
- Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;
-Bir iştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər.
“Əl işləri” nominasiyası üzrə işlər də fevralın 18-dək 2-ugim@mail.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994) 55-232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qalib işlər fevralın 18-dən martın 18-dək keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq.

Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |