27.01.2021 [11:16] - Gündəm, Sağlıq
Koronavirusun yeni variantlarının müəyyənləşdirilməsi hazırda bu virusa yoluxmuş şəxslərdən götürülmüş testlərin təkrar analizi ilə həyata keçirilir. Avstriyanın ”Procomcure Biotech” şirkəti virusun mutasiyaya uğramış formalarına dərhal reaksiya verən yeni PCR testlərini təqdim edib.
Şirkətin icraçı direktoru Kamil Önder testlərin istifadəyə verildiyi ilk gün üç fərqli test mərkəzində mutant ştammların aşkarlandığını qeyd edib. O bildirib ki, bu testlər dünyada müvafiq İSO sertifikatlaşmasını, kliniki yoxlanışları başa çatdırmış ilk məhsuldur və bir yoxlanışda bir neçə fərqli mutanta reaksiya verə bilir. Testin cavabının 60-90 dəqiqə ərzində əldə olunduğunu diqqətə çatdıran K.Öndər bu testlərin qiymətinin ucuz olmasının və prosesin sürətli həyata keçməsinin gələcəkdə onların geniş istifadəsinə imkan verəcəyini söyləyib. Eyni zamanda, bu testlərin bütün laboratoriyalarda əlavə yeni cihazlar və təlim kursları olmadan istifadəsinin mümkünlüyü də onların üstünlükləri sırasındadır.
K.Öndər, həmçinin bildirib ki, üç həftədən sonra bazara çıxarılacaq yeni testlər indiyədək məlum olan bütün koronavirus ştammlarına (Danımarka və Braziliya variantları da daxil olmaqla) reaksiya verir.

Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |