23.11.2012 [11:04] - Gündəm, DAVAMın yazıları
Son vaxtlar bəzi mətbu orqanlarda və internet saytlarında İbad Hüseynov haqqında müxtəlif yazılar verilir, əsassız fikirlər səsləndirilir. Əvvəlcədən bildirirəm ki, bu yazıda məqsədim belə lazımsız və müəyyən məqsədlərə xidmət edən iddialara cavab vermək deyil. Mən sadəcə həmin yazıda qeyd olunan müəyyən məsələlərə həmin dövrdəki hadisələrin iştirakçısı kimi aydınlıq gətirməyi və həmin dövrü xatırlamağı özümə borc bildim.
Mediaforum.az saytında yayımlanmış “İbad Hüseynovun döyüş yoldaşları açıqlama yayıb” başlıqlı yazıda imzası olan 300 nəfərdən biri də mənəm və tam məsuliyyətimlə bildirirəm ki, həmin yazının yazılmasından İbad Hüseynovun ümumiyyətlə xəbəri olmamışdır.
Qaradağlı kəndi Dağlıq Qarabağın ən qədim kəndlərindən biridir. Ermənistanın Azərbaycana əsasız ərazi, torpaq iddiası ilə başlanan Dağlıq Qarabağ müharibəsinin ilk günlərindən hadisələrin mərkəzində olan Qaradağlı kəndi hər tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmasına baxmayaraq dörd il müddətində düşmənlə təkbaşına mübarizə aparmış, onlara layiqli müqavimət göstərmişdir. Xankəndi ilə Xocavənd (keçmiş Martuni) şəhərini birləşdirən magistral yolun üzərində yerləşən Qaradağlı kəndi strateji əhəmiyyətə malik ərazidə yerləşirdi. Bu da ermənilərin gələcək hərbi planlarını əsaslı şəkildə əngəlləyirdi. Belə ki, Xankəndi şəhəri (keçmiş Stepanekert) ilə Xocavənd ( keçmiş Martuni) şəhərini birləşdirən magistral yol Qaradağlı kəndinin yaxınlığından keçirdi və dörd il müddətində ermənilərin bu yoldan istifadə etmələri ümumiyyətlə mümkün olmamışdı və ermənilər yüksək dağlıq ərazilərdən keçən yeni yol çəkməyə məcbur olmuşdurlar. İtkilər verməsinə, mərhumiyyətlər yaşamasına baxmayaraq Qaradağlı döyüşürdü. Bu gün mən 1991- ci ilin oktyabr ayında kəndin müdafiəçilərinə kömək etmək məqsədi ilə bir qrup döyüşçü ilə Qaradağlıya getməyimizi yaxşı xatırlayıram. Eyvaz Hüseynovun rəhbərlik etdiyi həmin dəstəyə Muğanlı kəndindən Quliyev Aslan, Hüseynov İbad, mən, Məhərrəmov Qalib, Əmirallar kəndindən Rəhmanov Hüsən, Aftandil Həsənov, Bəhrəmov Fedya, Kuropatkin kəndindən Məmmədov Sərdar və Hüseynov Arif daxil idi. Biz kəndə çatan kimi müdafiənin qurulması və möhkəmləndirilməsi istiqamətində bir sıra vacib məsələlərin həll olunmasına köməklik etdik. Bizim mövqe kəndin Şimal – qərb hissəsində, Kəndxord kəndi istiqamətində yerləşirdi. Qaradağlı kəndində olduğumuz həmin günlər bizim hər birimizin həyatında ən unudulmaz və şərəfli günlərdir.
Həmin dövrdə Dağlıq Qarabağda vəziyyət get- gedə çətinləşir, erməni silahlı birləşmələrinin hücumları daha intensiv xarakter alırdı. Qaradağlı kəndində də vəziyyət günbə -gün ağırlaşırdı və 19 noyabr 1991-ci ildə Xocavənd rayonunun Xocavənd kəndi ermənilər tərəfindən işğal olunduqdan sonra Qaradağlı tamamilə mühasirə vəziyyətinə düşdü. Artıq kəndlə əlaqə yalnız vertalyotlar vasitəsi ilə mümkün idi. Qeyd etdiyim kimi erməni hərbi qüvvələrinin manevr etməsi, dislakosiyası və ən nəhayət erməni silahlı birləşmələrinin sonrakı hərəkət fəaliyyətlərini genişləndirmələrinə böyük maneə olan və ən əsası döyüşlərdə kifayət qədər təcrübə toplamış Qaradağlı kəndinin götürülməsi ermənilər üçün həyatı məsələ idi. Qaradağlı özünün strateji əhəmiyyətinə görə Xankəndi (keçmiş Stepanekert) ilə Əskəranın birləşdirən magistral yolun üzərində yerləşən Xocalı şəhəri ilə müqayisə oluna bilərdi. Artıq 1991-ci il dekabr ayının axırlarında Sovet qoşunlarının Qarabağdan çıxarılımasından sonra bu iki məntəqənin kimin əlində olması müharibənin gələcək nəticəsini şərtləndirirdi. Bunu çox yaxşı bilən ermənilər nəyin bahasına olursa olsun bu məntəqələri götürmək istəyirdilər və bu onların əsas planlarına daxil idi. Lakin bütün hücumları fədakarcasına dəf edən Qaradağlı sakinləri son güllələrinə qədər düşmənlə döyüşdülər. Öz hərbi sursat və texnikasını Qarabağdakı seperatçı qüvvələrin istifadəsinə vermiş 366-cı alayın şəxsi heyyəti və hərbi texnikasının, beynəlxalq terrorçu Monte Melkonyanın başçılıq etdiyi terrorçu dəstənin, Manvel Yegizaryanın başçılıq etdiyi “Arabo” və Aram Toqromyanın başçılıq etdiyi “Aramo” dəstələrinin iştirakı ilə Qaradağlı kəndi erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Çoxlu sayda insanlar erməni vəhşiliyinin qurbanı oldu. Kənd sakinlərinə qarşı misli görünməmiş soyqırımı həyata keçirildi. Bu illər ərzində biz də bu ağrı və acıları Qaradağlılarla bir yerdə yaşamışıq.
Həmin dövrdə Dağlıq Qarabağın digər kəndlərində olduğu kimi bizim kəndimizdə də özünümüdafiə dəstələri yaradılmışdı. Müdafiə dəstəmiz az silaha malik olmasına baxmayaraq çox yaxşı təşkil olunmuşdu və mütəmadi təlimlər keçirdik. Bu da sonrakı döyüşlərdə bizim üçün çox vacib idi. Artıq biz 100 mm -lik doludağıdan top və ona uyğun olan mərmiləri də əldə edə bilmişdik. Həmin top Qaraçuğ dağ silsiləsinin Kəmərqaya adlanan yüksəkliyinin yaxınlığında, “Daşpartladan” adlanan ərazidə yerrləşdirilmişdi ki, bu da keçmiş Martuni şəhəri və ətraf ərazidə olan düşmən mövqelərini atəş altında saxlamaq üçün bizə imkan verirdi.
1992 –ci ilin əvvəllərindən Dağlıq Qarbağın Azərbaycanlı yaşayış məntəqələrində vəziyyət olduqca gərginləşmiş, bir sıra kəndlər, o cümlədən Xocavənd rayonunun Tuğ, Salakətin, Xocavənd və Axull kəndləri erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Ermənilərin hücumlarının isə ardı- arası kəsilmir, faktiki mühasirə şəraitində olan Qaradağlı kəndində vəziyyət son dərəcə kritik hal almışdı. 1992-ci il yanvar ayının 11- də bizə məlumat verildi ki, ermənilərin Qaradağlıya hücumu gözlənilir. Təbii ki, həmin dövrdə Qaradağlı kəndində olan Milli Ordunun bir neçə əsgəri istisna olmaqla kəndə heç bir yerdən kömək yox idi. Qaradağlı kəndinə hücum edəcək erməni silahlı birləşmələrinin diqqətini əsas hədəfdən yayındırmaq məqsədi ilə təcili plan işlənməli, lazımı qərar qəbul olunmalı idi. Bununla bağlı Muğanlı kənd Sovetinin sədri Eyvaz Hüseynovun Muğanlı kənd mədəniyyət evində yerləşən iş otağında toplantı keçirildi. Həmin toplantıda Eyvaz Hüseynov( hazırda Xocavənd Rayon İcra hakimiyyətinin Başçısıdır), Xocavənd Ərazi İcrayə komitəsinin sədri Rəhman Rəhmanov ( hazırda Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Abşeron rayonu üzrə nümyəndəsidir ), həmin dövrdə Xocavənd Polis Bölməsinin rəisi işləmiş, hazırda təqaüddə olan mayor Ələkbər Məmmədov, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, həmin dövrdə ərazinin komendatı olan mayor Atakişiyev Mübariz (sonralar Bərdə Polis şöbəsində işləmişdir, hazırda təqaüddədir) və Qaradağlı kənd sakini Ələsgər Hüseynov (vəfat edib) iştirak edirdilər. Uzun müzakirələrdən sonra qərara alındı ki, keçmiş Martuni şəhərinə hücum əməlyyatı həyata keçirilsin. Cızılmış əməliyyat planına uyğun olaraq Muğanlı özünümüdafiə qüvvələrinin “Qağarza fermaları” deyilən ərazidən hücuma keçməsi, Əmirallar kəndində olan qüvvələrin isə “Qonaq evi” və Çörək zavodu istiqamətindən rayon mərkəzinə daxil olmaları haqqında hücum planı hazırlandı. Həmin dövrdə Muğanlı özünü müdafiə dəstəsində cəmi 22 ədəd kalaşnikov avtomatı var idi. Biz axşam saatlarında uzun bir yol qət edərək, saat səkkiz radələrində əvvəlcədən nəzərdə tutulmuş əraziyə gəldik və “Qağarza Fermaları” deyilən sahədəki yüksəklikdə mövqe tutduq. Plana uyğun olaraq biz erməni qüvvələrinin diqqətini yayındırmaq və bununla da digər qüvvələrin irəliləməsinə şərait yaratmaq məqsədi ilə ermənilərlə döyüşə girdik.Bir xeyli atışmadan sonra İbad Hüsynov, Müşfiq Hüseynov, Aslan Quliyev, Adil Quliyev və mənə daha da irəliyə çıxaraq rayon mərkəzinin girişindəki postu götürmək tapşırığı verildi. Həmin post bizim tərəfimizdən götürüldükdən sonra digər qüvvələrimiz də irəliləmək imkanı qazandı. Çox böyük bir döyüş başlandı. Daha sonra “Kalinin” adına kolxozun “Qaraj” adlandırılan “Maşın – Traktor” parkı deyilən istiqamətdən hücuma keçərək ermənilərin geri çəkilməsinə nail olduq. Bir neçə saat davam edən döyüş əməliyyatından sonra böyük bir ərazidə düşmənin müdafiə xəttini yarıb və onu xeyli geri oturtmaqla yanaşı eyni zamanda əsas məqsədimizə, düşmənin öz silahlı qüvvələrinin Qaradağlıdan geri çəkməsinə nail ola bildik. Əməliyyat yerinə yetirilmişdi.
Həmin gün Əmirallar kəndindən Rəhmanov Hüsən,Balakişiyev Cəmil,Baslakişiyev Eyvaz və digərləri, Kuropatkin kənd sakinləri Quliyev Ələddin, Məmmədov Nadir, Quliyev Aqil, Hüseynov Arif və digərləri, eyni zamanda həmin vaxt Bakı Dövlət Universitetinin Tarix fakultəsinin müəllimi Atamoğlan Məmmədlinin (hazırda Bakı Dövlət Universitetinin dossenti, fəlsəfə üzrə elmlər doktorudur) rəhbərliyi ilə Kuropatkin kəndinin müdafiəsinə gəlmiş ali məktəb tələbələri bizim köməyimizə gəldilər. Onlardan fizika - riyaziyyat fakultəsinin tələbəsi Şahin adında oğlan döyüşdə qolundan güllə yarası aldı və ilk tibbi yardımdan sonra Ağdam Şəhər xəstəxanasına göndərildi.
Bir neçə gün sonra yəni 1992-ci il yanvar ayının 16-da yenidən məlumat verildi ki, Qaradağlı kəndinin ətrafına coxlu sayda erməni silahlı birləşmələri cəmləşməkdədir və kəndə hücum etməyi planlaşdırırlar. Yenə də erməni silahlı birləşmələrinin Qaradağlı kəndinə planlaşdırdıqları hücum əməliyyatını pozmaq və onların diqqətini yayındırmaq məqsədi ilə Muğanlı kənd Sovetinin iş otağında təcili toplantı keçirildi və həmin toplantıda Eyvaz Hüseynov, Rəhman Rəhmanov, Ələsgər Hüseynov, Ələkbər Məmmədov, Mubariz Atakişiyev və Ağdamdan köməyə gələcək qüvvələrə bələdçilik edəcək qeyrətli bir insan, hər zaman döyüşlərin ən qaynar nöqtəsində olan Beyləqanlı Məmmədyar kişi (Ölümündən sonra “ Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur) iştirak edirdilər. Təcili döyüş planı hazırlandı. Bu hücumun da axşam saatlarında həyata keçirilməsində əsas məqsəd qüvvələr nisbətinin qeyri bərabər olmasından və gecə saatlarında düşmən tərəfdə daha böyük çaxnaşma və təşviş yaratmağın mümkün olacağından ibarət idi.
Tapşırığa uyğun olaraq döyüşə gedəcək Muğanlı kəndindən olan 22 nəfər silahlıdan üç nəfərin - Quliyev Bariz, Kərimov Sabir və Səfərov Nizaminin keçmiş Martunidən Muğanlıya gələn yolun üzərində qurulmuş abidənin əks tərəfinfə yerləşən təpənin üzərində mövqe tutmaları təmin edildi ki, burada da əsas məqsəd erməni mövqelərindən Muğanlıya ola biləcək mümkün hücumların qarşısını müəyyən bir zaman ərzində saxlamaq idi. Silah və sursatın az olması səbəbindən yeganə variant yalnız bundan ibarət idi. Lakin bu hücum əməliyyatında demək olar ki, Muğanlı kəndinin bütün sakinləri iştirak etməkdə israrlı idilər və müxtəlif ov tüfəngləri, , balta və s bu kimi silahlarla silahlanmış, hətda əlində cəmi bir qumbara olan adamları biz geri qaytara bilmədik və onların əksəriyyəti sözün həqiqi mənasında əli yalın olsalar da belə bizimlə bərabər döyüşün ən qızğın yerində idilər. Verilən tapşırıqla biz “Qağarza fermaları” adlanan ərazidəki yüksəklikdə döyüş mövqeyi tutduq. Axşam saatlarından isə İlyas Hüseynov “Kəmərqaya” yaxınlığında qurulmuş topdan keçmiş Martuni şəhərində və ətrafda olan erməni mövqelərinə sərrast atəşlərlə zərbələr endirməklə bizə güclü atəş dəstəyi verirdi. Say tərkibimizin az olması, eyni zamanda düşmənlə olan qüvvələr nisbətinin onların xeyrinə olduğunu nəzərə alaraq kiçik qruplar şəkilində döyüş əməliyyatı aparmaq taktikasına üstünlük verirdik və verilən tapşırığa uyğun olaraq ilk növbədə İbad Hüseynov, Müşfiq Hüseynov, mən və Səxavət Quliyevdən ( 18 avqust 1992- ci il tarixə “Plotəpə” uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu) ibarət dəstə Əmirallara gedən yolun üstündəki erməni postunu ələ keçirdikdən sonra əsas qüvvələrimiz də irəliləmək imkanı əldə etdi. Növbəti hədəf ermənilərin ciddi müqavimət göstərdiyi və əsas qüvvələrinin cəmləşdiyi “qaraj” deyilən “Maşın - Traktor parkı” idi ki, qısa döyüşlərdən sonra erməniləri bu mövqelərdən geri çəkilməyə məcbur etdik. Rayon mərkəzinin içərilərinə doğru xeyri irəliləyən dəstəmiz “Un dəyirmanı” deyilən yerdə düşmənin ciddi müqaviməti ilə üzləşdi. İbad və Müşfiq Hüseynovlara həmin dəyirmandakı atəş nöqtələrini məhf etmək tapşırığı verildi, mənim könüllü olaraq onlarla getmək istəyimə isə icazə verilmədi. Tapşırıq uğurla yerinə yetirildi. İbad və Müşfiq sürünərək binanın bir neçə addımlığına qədər yaxınlaşdılar və bir – birinin ardınca atdıqları əl qumbaraları ilə binadakı atəş nöqtələrini susdurdular Artıq döyüşlər “Xaç Ev” deyilən və yeməkxana kimi fəaliyyət göstərən binanın yaxınlığında davam edirdi. Bir neçə uğurlu həmlə ilə erməniləri həmin binadan da vurub çıxarmağa nail olduq. Növbəti və ən vacib məntəqələrdən biri,erməni silahlılarının qərargahının yerləşdiyi keçmiş “Kalinin” adına kolxozun idarə binası idi ki, olduqca strateji əhəmiyyəti olan bu binada və ətrafında çoxlu sayda erməni qüvvələri cəmləşmişdi . İdarə binasının 70-80 sm hündürlüyündə olan hasarının arxasında çoxlu sayda erməni döyüşçüləri mövqe tutmuşdular və gecə olduğu üçün onların dəqiq yerini məyyənləşdirə bilmirdik. Bu zaman İbadın mənə verdiyi fişəngi ermənilərin mövqeləri yerləşən isytiqamətə atım. və onun parlaq işığında ermənilər və onların mövqeləri aydın şəkildə göründü. İbadın, Müşfiqin, Səxavətin və mənim atəşlərimiz nəticəsində erməni silahlıları qaçıb binanın içərisinə girməyə məcbur oldular. Bir xeyli atışmadan sonra Əbülfət Hüseynov Rafiq Mustafayev, Yasin Rəhmanov, Ələddin Quliyev və Tahirov İrhan bizə köməyə gəldilər. Bu zaman binanın arxasında durmuş ermənilərə məxsus BTR işə düşdü və binanın baş tərəfinə gələrək atəş açmağa başladı. Bizdə isə zirehli texnikanı məhv etmək üçün demək olar ki, heç bir silah yox idi. Buna baxmayaraq həmin zirehli texnikaya mümkün qədər çox yaxınlaşmağa müvəfəq olan İbad, Müşfiq, Səxavət, İrhan və mənim atdığımız əl qumbaralarının partlaması nəticəsində zirehli texnika sıradan çıxdı. Biz qısa müddət ərzində oranı da ələ keçirməyə nail ola bildik, bundan sonra idarə binasının sağındakı yüksəkliklərdə yerləşən erməni mövqelərini məhv etmək məqsədi ilə hücum əməliyyatını genişləndirərək həmin mövqeləri ələ keçirdik. Bu müddət ərzində digər qüvvələrimizdə olan döyüşçülər “Avtobaza” və “Raypo” deyilən istiqamətdən böyük bir ərazidə erməniləri geri oturtmağa nail olmuşdular.
Fasiləsiz davam edən- bizim hesabladığımızdan daha çox davam edən döyüşün gedişində patronlar tükənməyə başladı. Namazov Elçin və İsmayilov Arif geriyə Muğanlı kəndinə patron dalınca göndərildi. Hal- hazırda Əmirallar kənd icra nümayəndəsi vəzifəsində işləyən Hüsən Rəhmanovun gətirdiyi iki “sink” patron da çox yerinə düşmüşdü. Həmin vaxt Əmirallar kəndindən Rəhman Rəhmanov, Cəmil Balakişiyev, Fərnad Bəhrəmov, Hüsən Rəhmanov, Abuzər Mustafayev, Əvəz Mirzəyev, Eyvaz Balakişiyev və başqaları., Kuropatkin kənd sakinləri Quliyev Ələddin, Məmmədov Nadir, Quliyev Aqil, Hüseynov Arif, Məmmədov Sərdar və Məmmədov Vüqar, Məmmədov Bəxtiyar və digərləri bizə köməyə gələrək döyüş əməliyyatına qoşuldular. “Elektroset” adlanan istiqamətdən isə Əmirallar kənd sakini Qurbanov Muradın başçılığı ilə bir dəstə rayon mərkəzinə doğru hücum əməliyyatı həyata keçirirdilər. Əməliyyatın gedişində bizə məlumat gəldi ki, artıq ermənilər öz qüvvələrini Qaradağlı kəndinin ətrafından geri çəkərək bütün qüvvələrini Martuni şəhərinə doğru yönəldirlər. Artıq döyüşün gedişində hiss olunurduki ermənilərin qüvvəsi sanki birdən – birə xeyli artdı. Artıq bizim özümüzün mühasirəyə düşmək təhlükəsi yaranmışdı. Geri çəkilmək barədə verilən əmrdən sonra biz döyüşə- döyüşə öz mövqelərimzə qayıtmağa başladıq. Əvvəllcədə dediyim kimi qüvvələr nisbəti qeyri – bərabər idi və bizim azsaylı qüvvə ilə keçmiş Martunidə ermənilərdən təmizlədiyimiz mövqeləri uzun müddət əldə saxlamaq mümkün deyildi. Müəyyən səbəblərdən əməliyyat planında nəzərdə tutulmuş bütün qüvvələrin döyüşdə iştirak edə bilməməsi də əməliyyatın sonrakı inkişafına öz mənfi təsirini göstərdi. Həmin döyüşdə Muğanlı kənddən Hüseynov Əbülfət, Hüseynov Müşfiq, Hüseynov İbad, Abbasov Ədalət, Tahirov İrhan, Quliyev Səxavət, mən, , İmanov Şakir, Zeynalov Amil, İsmayilov Avas, Məhərrəmov Qabil, Məhərrəmov Mayil, Hüseynov Maarif, Həsənov Sahib, Həsənov Mütalib, Hüseynov Etibar, Həsənov İbrahim, Əliyev Müzəffər, Əsgərov Əli, Namazov Elçin, İsmayilov Arif, İsmayılov Talıb və başqaları iştirak edirdilər.
Bütün bunlar isə Əmirallar kənd sakinlərinin gözləri qarşısında yəni 400 – 500 metrlik bir məsafədə baş verirdi. Səhər saatlarına kimi davam edən döyüşdə xoşbəxtlikdən itkimiz olmasada Hüseynov Müşfiq qarın nahiyəsindən, Rafiq Mustafayev başından, Xocavənd poçtunun sabiq müdiri Mail Məhərrəmov (rəhmətə gedib) aşağı ətraflarından, Qurbanov Murad əlindən, BDU-nun riyaziyyat fakultəsinin tələbəsi Şahin adında könüllü isə qolundan, Əmirallar kəndinin müdafiəsi dayanan hal – hazırda RİH başçısının müavini vəzifəsində işləyən Rəfail Mustafayev ayağından güllə yarası aldılar. Həmin gün Əmirallar kəndində olan və hal-hazırda Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi vəzifəsində çalışan Nurəngiz Bəşirova yaralıların qəbul edilməsi və ilk təcili tibbi yardımdan sonra Ağdam rayon mərkəzi xəstəxanasına göndərilmələrini təmin edirdi.
Həyata keçirilmiş döyüş əməliyyatını isə uğurlu saymaq olardı.Çün ki, biz əsas məqsədimizə nail olmuşduq. Eyni zamanda bildirirəm ki, hər iki döyüş əməliyatına Eyvaz Hüseynov rəhbərlik edirdi.
Həmin dövrdə bizdə olan məlumata görə Qaradağlı kəndində təxminən 200 nəfərdən artıq adam var idi. Yanvar ayının 17- dən etibarən 21, 25, 27 və 28-də mülki vertalyotlarla, fevral ayının 4- ü və 8- də hərbi vertaliyotlarla xeyli insanlar, uşaq, qadın və qocalar kəndən çıxmağa müvəfəq oldular.
Yanvar ayının 11və 16-da 1192-ci il tarixində Martuni şəhərinə olan hücum son dərəcə mütəşəkkil, təşkil olunmuş, sürətli və gözlənilməz idi. Hətta bunu ermənilər, xüsusilə həmin dövrdə Martunidə yerləşən erməni silahlı birləşmələrinin qərargah rəisi Saro Yeremyan da etiraf edir. (bu həmin Saro Yeremyandır ki, "Ağdam- Qaradağlı" avtobusunun atəşə tutulması nəticəsində 8 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir) Saro Yeremyan öz müsahibəsində bildirir ki, “12 və 16 yanvar tarixlərində dişinə kimi silahlanmış Azərbaycan ordusunun Martuni istiqamətində həyata keçirdiyi geniş miqyaslı hücum əməliyyatlarının qarşısı bizim tərəfimizdən alındı və qaçmağa başlayan azərbaycan ordusu öz silah və sursatları ilə yanaşı hərbi texnikalarını da döyüş mövqelərində atıb gedirdilər”. (“Karabakh-News.com 10.26.2010”),(”Panorama.am”) Əlbətdə biz qaçmamışdıq və həmin hücum əməliyyatlarında azərbaycanlılarda küllü miqdarda silah və sursatın, çoxlu sayda canlı qüvvənin, ən əsası isə hərbi texnikanın olması iddiaları Saro Yeremyanın uydurmalarıdır. Çünki, həmin dövrdə nəinki, hərbi texnika, hətda kifayət qədər adi kalaşnikov avtomatlarının əldə olunması belə, bizim üçün çox çətin idi.
Sonda bir daha bildirirəm ki, bütün bunları qeyd etməkdə yalnız bir məqsədim və məramım var. Həmin dövrdə baş verən hadisələrə bir balaca aydınlıq gətirmək və o şərəfli anları, günləri bir daha yaşamaq.
Bəli biz savaşa atılanda məqsədimiz qəhrəman olmaq deyildi. Lakin hər döyüşün sonunda özümüzə qəhrəmancasına Şəhid olmağı arzulayırdıq.
Sonda bir daha bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında ehtiramla baş əyirik!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Namazov Elxan Əkbər oğlu
Xocavənd rayon Muğanlı kənd sakini
Xocavənd özünümüdafiə dəstəsinin döyüşçüsü

Bu xəbər oxucular tərəfindən 1707 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |