Şrift:
Ötən il muxtar respublikada rabitə xidmətlərinin dəyəri 55 milyon manatı ötüb
27.01.2021 [11:33] - Gündəm, İqtisadiyyat
2020-ci ildə muxar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ildəki göstəricini 5,2 faiz üstələyərək 55 milyon 491 min manat olub. Ümumi xidmətlərin 78,1 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu illə müqayisədə 1,4 faiz artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sisteminin yaradılması, Rabitə Evinin yenidən qurulması başa çatdırılıb.

Kəngərli rayonunda telekommunikasiya sisteminin yaradılması və Rabitə Evinin, Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi başa çatdırılıb, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi davam etdirilib. Bu dövr ərzində 3 yeni poçt bölməsi yaradılıb, 2 rayon poçt filialı və 3 poçt bölməsi isə yeni bina ilə təmin olunub, 3 avtomat telefon stansiyası quraşdırılıb. Bundan əlavə, Naxçıvan şəhərində “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni bina ilə təmin olunub.
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed