23.11.2012 [13:05] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyevin çıxışı.
“Cənab Sədr, əvvəla mən İspaniya dövləti və dəyərli deputatlara təşəkkür edirəm ki, belə bir müzakirə təşkil edilib. Bu həm də onun göstəricisidir ki, dünyanın bir ailə kimi yaşamağa məhkum olmasını hamı qəbul edir və problemlərə də bir dövlətin problemləri kimi baxılmır. Biz Azərbaycan dövləti də məsələyə belə yanaşırıq. Biz xoşbəxtliyimizi ayrılıqda deyil, bəşəriyyətin xöşbəxtliyi içərisində axtarırıq. Ona görə hesab edirəm ki, Qarabağ münaqişəsi adlandırılan bu müharibə təkcə Azəbaycanın problemi deyil. MübarizəYeni Dünya Düzəni quranlarla, bunu istəməyənlər - şər üçbucağı arasında gedir.
Bu müharibədir. Böyük Ermənistan proqramını həyata keçirmək məqsədilə, Ermənistanın Azərbaycana açıq ərazi iddialı müharibəsidir. Ermənistan һəmişə strateji məqsəd kimi dənizdən-dənizə Böyük Ermənistanı һədəf seçib. Yəni dövlətin fəaliyyətində,əvvəlcədən düşünülmüş təcavüzkar niyyət --“animus aggeressionis” siyasəti var.Amma, bu ölkənin Azərbaycana öz gücü ilə ərazi iddialı hücumu nə qədər ağlabatandır? Bu güc Rusiya gücüdür. Rusiya Ermənistanın maraqlarını nəzərə alıb, ondan maşa kimi istifadə edərək, öz maraqlarını həyata keçirir.
Cənablar və xanımlar, əvvəla onu bildirim ki, Azərbaycan Respublikası BMT TŞ-nin 4 qətnaməsinin icra edildiyi və Ermənistan Silahlı Qüvvələrinin DQ da daxil olmaqla Azərbaycan ərazisindən tam çıxarıldığı halda, DQ-da yaşayan, etnik kökəncə erməni olan öz vətəndaşları ilə birbaşa danışıqlara və onların bütün hüquqlarını müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır.
Təəssüf ki,Ermənistan bunu istəmir.
Buna əsas səbəb isə, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinin beynəlxalq hüquqi məsuliyyət baxımından hələ də açıq qalmasıdır.
Azərbaycana qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT Təhlükəsizlik Şurasına İspaniya parlamenti müvafiq sənəd ünvanlaya bilər. Ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, Ermənistanin törətdiyi təcavüz cinayətinə görə bu ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki muasir beynəlxalq hüquqda digər hüquq pozuntularında olduğu kimi, təcavüzə görə də məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur.Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirləri işə salınmalıdır.BMT TŞ istər maddə 41-də nəzərdə tutulan “silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan” sanksiyaları , istər 42-ci maddədə nəzərdə tutulan “hərbi sanksiyaları”tətbiq etməsi üçün kifayət qədər əsas, o cümlədən BMT-nin 4 məlum qətnaməsi var. Ona görə də Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT münasibətini bildirməlidir.Bu yanaşmaya İspaniya dövlətinin dəstək verəcəyinə ümidlərlə hamınıza təşəkkür edirəm. “
MDHP mətbuat xidməti.

Bu xəbər oxucular tərəfindən 1962 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |