Şrift:
2020-ci ildə keçirilən imtahanlarda təqribən 400 min nəfər iştirak edib
29.01.2021 [11:37] - Xəbərlər, Mədəniyyət
2020-ci il ərzində keçirilən imtahanlarda təqribən 400 min nəfər iştirak edib. Dövlət İmtahan Mərkəzinin (DİM) 18 elektron xidmətindən 7 milyon dəfə istifadə olunub.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, DİM tərəfindən keçirilən bütün imtahanlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Operativ Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunub.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed