23.11.2012 [14:30] - Güney Azərbaycan xəbərləri
Çinin CCS Təsnifat Assosiasiyası bəyanat yayaraq İranın neft daşıyan gəmilərinə lisenziya verməyi dayandırdığını bildirib.
Dünyanın əsas təsnifat müəssisələrindən olan CCS İranla əməkdaşlığı dayandırmasının səbəbini açıqlamasa da, bunun İrana qarşı beynəlxalq sanksiyalarla bağlı olduğu təxmin edilir.
Təsnifat assosiasiyalarının əsas işi dünyanın neft daşıyan tankerlərinə ətraf mühit standartlarına uyğun texniki lisenziya verməkdir. Bu lisenziya olmadan heç bir tanker beynəlxalq limanlarda lövbər sala bilməz, sığorta şirkətləri də həmin gəmilərin daşıdığı yükü sığortalamaq riskinə getməz.
İrana qarşı beynəlxalq sanksiyalara görə hazırda dünya gəmilərinin 90 faizini lisenziyalaşdıran 50-dən çox təsnifat assosiasiyası İranla əməkdaşlığı dayandırıb.

Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |