23.11.2012 [14:45] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranın Ali Ruhani lideri Əli Xameneyi İranın siyasi gerçəkliyi üçün misli görünməmiş bir hadisə sayıla bilən siyasi addım atıb.
Xameneyi İranın Bəsic yarı hərbiləşmiş qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edərkən parlamentə prezident Mahmud Əhmədinejadın sorğu-suala tutulması məsləsində dərinə getməmyi göstəriş verib.
Əli Xameneyi parlamentə məsləhət görüb ki, prezidenti parlamentdə dəvət edib millət vəkilləri qarşısında sorğu-suala tutmaq niyyətindən dönsünlər, bu barədə irəli sürülən millət vəkili təşəbbüsü geri çağırılsın.
Bəsic könüllü silahlılar yarı-hərbiləşmiş qüvvələri qarşısında nitq söyləyən Xameneyi parlament üzvlərinə xəbərdarlıq edib ki, Əhmədinejadın İran Məclisində sorğuu-suala tutulmasını şouya çevirib məsələni yoğunlaşdırmasınlar.
Əli Xameneyi vurğulayıb kı bu cür hadislərə İranın düşmənlərinin xeyirinə işləyir, onlara İran əleyhinə fürsətlər yaradır.
İranın Ali Ruhani liderinin çağırışından sonra parlament üzvləri prezidentin İran Məclisinə suallara cavab vermək üçün dəvət edilməsi tələbnaməsi altındakı imzalarını dərhal geri çağırıblar.
Millət vəkilləri prezidentə ölkədəki iqtisadi problemlər və hökümətin digər gerilikləri barədə sorğu-suala tutmağa hazırlaşırdılar.
Bu yaxınlarda İranın Ali Ruhani lideri Əli Xameneyi hökümət rəsmiləri arasında baş verən mübahisələri ictimaiyyət qarşısına çıxarmaqdan çəkinməyə çağırış etmişdi.

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |