01.02.2021 [15:10] - Gündəm, Sosial
Gürcüstanda yaşayan soydaşlarımızın təsis etdikləri interpress.ge portalının fəaliyyətə başlamasından bir il ötür.
Bu münasibətlə keçirilən tədbirdə əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Portalının direktoru Nahid Qurbanov deyib: “Biz bir neçə ölkənin nüfuzlu informasiya portalı, o cümlədən Azərbaycanın əsas rəsmi informasiya agentliyi olan AZƏRTAC ilə sıx əməkdaşlıq edirik. Bu, Azərbaycanla bağlı həqiqətlərin gürcü və dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır. Təsadüfü deyil ki, portalımız qısa müddətdə çoxsaylı izləyici auditoriyası yığa bilib”.
Tədbirin aparıcısı Leyla Əmrahova bildirib ki, interpress.ge portalı oxucularına qərəzsiz, dəqiq və dolğun xəbər çatdırmağa çalışır, xarici ölkələrə dair məlumatları əsasən rəsmi mənbələrə və agentliklərə istinadla yayır.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov, AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Xətayi Əzizov və başqaları çıxış edərək portalın əməkdaşlarını təbrik ediblər. Çıxışlarda müasir dövrdə düzgün, dəqiq və qərəzsiz informasiyaların yayılmasının vacibliyi, interpress.ge portalının bu baxımdan rolu qeyd olunub. Azərbaycanın 44 günlük müharibə dövründəki uğurları və döyüş əməliyyatlarının təfərrüatları ilə bağlı interpress.ge portalının yaydığı xəbərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, geniş oxucu kütləsinə malik interpress.ge informasiyalarını Azərbaycan və gürcü dillərində yayır.

Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |