01.02.2021 [15:14] - Xəbərlər, İqtisadiyyat
Füzulidə inşa olunan yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın "AARDVARK" şirkətindən mütəxəssis dəvət edilib.
Bu barədə şirkətin nümayəndəsi Devid Klark deyib. O bildirib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Gün ərazində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər.
Şirkətin nümayəndəsi qeyd edib ki, Azərbaycanda olduğu müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydaları ilə bağlı təlim keçəcək.
“Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”, - deyə D.Klark əlavə edib.

Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |