01.02.2021 [15:20] - Gündəm, İqtisadiyyat
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “Avro-5” standartına uyğun olan yüksəkkeyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
Şirkətdən bildirilib ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində indiyə qədər 1 milyon 471 min kubmetr həcmində sahədə hazırlıq (qazma, yenidən doldurma) işləri, 124 min ton betontökmə 21 min ton metal-konstruksiya işləri görülüb. Eyni zamanda, 526 min diametr-düym boru qaynaq olunub, 445 min kilometr kabel xətti çəkilib, 458 avadanlıq quraşdırılıb. Ümumilikdə, indiyə qədər 23 milyon adam-saat iş görülüb. Bu, yeni tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur və NEZ-in modernizasiyasının miqyasının nəhəngliyini göstərir. Modernizasiya mərhələli şəkildə həyata keçirilir.
Xatırladaq ki, 2018-ci ilin sonunda layihə çərçivəsində istehsal gücü illik 400 min ton olan yeni bitum qurğusu və yeni maye-qaz (LPG) doldurma məntəqəsi tam olaraq istismara qəbul edilib. Hazırkı mərhələdə 12 yeni qurğu inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri görüləcək. Bu isə zavoddakı qurğuların 65 faizinin yeni qurğularla əvəzlənməsi deməkdir. Hazırkı mərhələnin sonunda zavodda 22 əsas texnoloji qurğu fəaliyyət göstərəcək. Ümumzavod təsərrüfatı və mövcud infrastrukturun 70 faizi isə tam yenilənəcək. Ümumzavod təsərrüfatının yenilənməsi çərçivəsində ən mühüm sahələrdən biri çirkab suların təmizlənməsi sahəsi və yeni məşəl sisteminin inşasıdır ki, ətraf mühitə mənfi təsirləri xeyli azaldacaq. Layihənin hazırkı mərhələsinə, həmçinin müxtəlif təyinatlı boru kəmərləri, kabel xətləri, yeni laboratoriya, elektrik yarımstansiyalar və yeni çənlər parkının tikintisi də daxildir.
2020-ci ildə COVID-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olub və yeni qrafikin qəbul olunması labüdləşib. 2020-ci ildə aparılan texniki təftiş və modelləşmə işləri nəticəsində layihənin cari mərhələsi çərçivəsində NEZ-də “Avro-5” benzin istehsalının təmin edilməsi məqsədilə 3 yeni qurğunun – amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularının inşasının vacibliyi müəyyənləşdirilib. Bu qurğunun inşası “Avro-5” keyfiyyətinə cavab verən benzinin istehsalı baxımından zəruridir.
Yeni qrafikə əsasən, NEZ-də “Avro-5” tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də “Ai-92” və “Ai-95” markalı benzin istehsal olunacaq.
Layihə üzrə işlərin sürətləndirilməsi üçün ötən il beynəlxalq təcrübəli mütəxəssislərdən ibarət “SOCAR Downstream Management” şirkəti yaradılıb, SOCAR-ın Türkiyə ofisindən bir sıra təcrübəli mütəxəssislər işlərə cəlb olunub. “SOCAR Downstream Management” tərəfindən tərtib edilmiş “İstismar mükəmməlliyi” proqramı çərçivəsində gənc mütəxəssislər təcrübə mübadiləsi üçün SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna təlimlərə göndəriləcək.
Qeyd edək ki, beynəlxalq şirkətlər tərəfindən zavodun əsas qurğularında aparılmış son təftiş nəticəsində NEZ-in keçən əsrin 70-80-cı illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq həmin qurğuların da yeniləri ilə əvəz edilməsini tövsiyə olunub. Bununla əlaqədar SOCAR tərəfindən müvafiq ilkin tədqiqat və layihələndirmə işlərinə başlanılıb. Aparılan tədqiqatın nəticələri və müvafiq təkliflər şirkətin Müşahidə Şurasına təqdim ediləcək.

Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |