Şrift:
Ukraynada koronavirusa qarşı vaksinasiya fevralın sonlarında başlayacaq
01.02.2021 [15:21] - Gündəm, Sağlıq
Ukrayna koronavirusa qarşı peyvəndin ilk partiyasını iki həftədən sonra alacaq.

Bu barədə Ukrayna səhiyyə nazirinin müavini İqor İvaşenko bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda 117 min doza Pfizer və BionTech peyvəndinin alınması təsdiqlənib.

"Ukrayna fevralın sonlarına doğru koronavirusa qarşı peyvəndin tətbiqinə başlayacaq. İlk mərhələdə 4 milyona yaxın vaksin dozası almağı nəzərdə tuturuq”, - deyə İvaşenko əlavə edib.
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed