01.02.2021 [15:25] - Gündəm, İqtisadiyyat
“Microsoft” korporasiyasının ötən ilin son rübü üzrə gəliri 43,1 milyard dollar təşkil edib.
“Microsoft”un gəliri əvvəlki maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb. Bu müddət ərzində əməliyyat gəliri 29 faiz artaraq 17,9 milyard dollar təşkil edib. Xalis mənfəət 33 faiz artaraq 15,5 milyard dollar olub.
Korporasiyanın baş icraçı direktoru Satya Nadella deyib ki, “Microsoft”un maliyyə uğuru bulud texnologiyalarına əsaslanan xidmətlərə olan böyük tələbatdan irəli gəlir.
"Məhsullarımızın geniş çeşidinə olan tələbin artması nəticəsində bulud xidmətlərinin satışından əldə olunan gəlir il ərzində 34 faiz artaraq 16,7 milyard dollar olub", – deyə şirkətin əsas maliyyə direktoru Emi Hud bildirib.
1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş “Microsoft” korporasiyası üçün müxtəlif qurğular üçün proqram təminatının hazırlanması ilə məşğul olan ən böyük korporasiyalardan biridir. “Microsoft”un mənzil-qərargahı Redmondda yerləşir

Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |