Şrift:
Ötən il Cəlilabadda 415,5 ton un istehsal edilib
02.02.2021 [10:28] - Xəbərlər, İqtisadiyyat
Ötən il Cəlilabad rayonunda 11 sənaye müəssisəsi və 32 fərdi sahibkar fəaliyyət göstərib. Rayonda elektrik enerjisinin paylanması üzrə satışdan əldə olunan gəlir 4112,5 min manat və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox, qazın paylanması üzrə ümumi işin həcmi 2236,3 min manat və ya 25,2 faiz çox, şəbəkə suyunun paylanması üzrə ümumi gəlir 221,6 min manat və ya 60,6 faiz çox, tullantı zibillərinin toplanması üzrə gəlir 373,5 min manat və ya 22,8 faiz az olub. Sənayenin digər istehsal sahələri isə emal sənayesi və mədənçıxarma üzrə olub.

Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən il rayonda çörək istehsalı sənayesində 414,4 min manat dəyərində və ya 642,8 ton çörək bişirilərək satılıb.

Bu dövrdə rayonda 166,2 min manat dəyərində və ya 415,5 ton un istehsal olunub.

2020-ci ildə rayonda 33,5 min manat dəyərində içki, 246,1 min manatlıq və ya 116940 ədəd sair yataq ləvazimatları istehsal edilib.

Rayonda sənaye mallarının istehsalı və xidmətlərin göstərilməsi 9075,9 min manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed