Şrift:
İrlandiyada keçirilən prezident seçkilərində 70 yaşlı şair qalib gəlib
29.10.2011 [19:52] - Siyasət
İrlandiyada keçirilən prezident seçkilərində 70 yaşlı şair Maykl Higgins qalib gəlib. M. Higgins səsvermədə 39,57 faiz səs toplayaraq 1-ci olub. Səsvermənin yekun nəticələri bazar günü elan ediləcək.

M. Higginsin ən yaxın rəqibi, iş adamı Şon Qallaher 28,5 faiz səs alıb. Üçüncü yeri isə 13,72 faiz səslə Şimali İrlandiyada fəaliyyət göstərmiş hərbiləşdirilmiş qrupların keçmiş iştirakçısı və hökumət başçısının müavini Martin Makginnes tutub.

Leyborist M. Higgins Di Maykl adı ilə məşhurdur. O, şeirlərin, ədəbi nəşrlərin və televiziya filmləri üçün ssenarilərin müəllifidir.
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed