Şrift:
“Science” jurnalının yeni tədqiqatı: ABŞ-da COVID-19-un yayılmasına gənclər şərait yaradır
03.02.2021 [12:43] - Gündəm, Sosial
“Science” jurnalının dərc etdiyi tədqiqata görə, gənclər Birləşmiş Ştatlarda COVID-19 koronavirusunun yayılmasında hərəkətverici qüvvədir.

“Science” jurnalının hesabatına istinadla xəbər verir ki, ölkədə qeydə alınan yoluxma hallarının təqribən üçdə ikisi gənclərin payına düşür.

Mobil telefonlardan və digər mobil cihazlardan əldə edilən məlumat əsasında insanların olduğu yeri və yerdəyişmələrini izləyən yaş həddi göstəricilərinin sürət analizi nəticəsində aşkarlanıb ki, oktyabrın sonunadək ölkədə COVID-19 virusuna hər 100 yoluxmadan 65-i 20-49 yaş arası şəxslərin payına düşür.

Tədqiqatçılar qeyd ediblər ki, 35 yaşdan 49 yaşadək şəxslər arasında xəstəliyin daha çox yayılması bir çox ştatlarda məktəblərin açılmasından sonra müşahidə edilib. Tədqiqatın həmmüəllifi Melodi Modon deyib: “Biz müşahidə etmişik ki, 20-49 yaş arası insanlar Birləşmiş Ştatlarda COVID-19 pandemiyasının əsas hərəkətverici qüvvəsi və virusun gələcəkdə yayılmasına çox güclü təsir edən yeganə yaş qrupudur”.

Modonun və onun həmkarlarının sözlərinə görə, gənclərin yaşlı insanlarla müqayisədə COVID-19-a yoluxmadan sonra ağır xəstəliklərdən daha az əziyyət çəkmələrinə baxmayaraq, bu yaş qrupunda kütləvi vaksinləmə virusun yayılmasının qarşısını ala və pandemiyaya son qoya bilər.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed