Şrift:
Türkiyəli yazıçı: “Nizami Gəncəvi ili” müasir Azərbaycan ədəbiyyatının təbliği üçün böyük şanslar yaradır
03.02.2021 [12:54] - Xəbərlər, Türk dünyası-Turan
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycanda ədəbiyyata və fəlsəfəyə verilən böyük dəyərlərin göstəricisidir. Nizami Gəncəvi dünya poeziyasının zirvəsində parlayan sönməz nurdur. Bu il bir tərəfdən Nizami Gəncəvi bədii irsini tanıdacağıqsa, digər tərəfdən bu nurun işığında Azərbaycan həqiqətlərini təbliğ edəcəyik.

Bu fikirləri müsahibəsində türkiyəli yazıçı-publisist Songül Dündar ifadə edib.

Nizami Gəncəvinin əsərlərinin bütün dövrlərdə ədəbiyyatsevərlər üçün örnək və qürur mənbəyi olduğunu diqqətə çatdıran Songül Dündar deyib: “Azərbaycan ədibləri hər zaman dünya ədəbiyyatının zənginləşməsinə nümunəvi əsərlər bəxş ediblər. Nizami Gəncəvi daha çox heyranedici xəmsəsi ilə məşhurlaşıb və sevilib. Lakin hesab edirəm “Nizami Gəncəvi İli”nin imkanlarından istifadə edib böyük Azərbaycan şairinin xəmsədən başqa əsərlərinin də təbliğatına üstünlük verməliyik.”

Türkiyəli yazıçı hesab edir ki, “Nizami Gəncəvi İli” müasir Azərbaycan ədəbiyyatının tanınmasına, eləcə də çağdaş qələm əhlinin dünya ədəbi mühiti ilə sıx təmas qurmasına da özünəməxsus dərəcədə imkanlar yaradacaq. Bu prosesdə Türkiyə yazıçı və şairlər də fəal olmalıdır.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed