04.02.2021 [11:18] - Gündəm, İqtisadiyyat
Ukraynanın paytaxtı Kiyevdə SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
Bu barədə məxsusi olaraq SOCAR-ın Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine”dən məlumat verilib.
Yeni yanacaqdoldurma məntəqəsi avtomobillərin daha intensiv hərəkət etdiyi Stepan Bandera prospekti 36-da yerləşir. Bununla da “SOCAR Energy Ukraine”nin Kiyevdə yanacaqdoldurma məntəqələrinin sayı 13-ə çatıb. Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir. Yanacaqdoldurma məntəqəsində “98 Nano”, “95 Nano”, “95”, “ДТ Nano Extro”, “ДТ Nano” və qaz yanacaq növləri satılır.
Bu il ərzində, həmçinin Xarkov və Dnepr şəhərlərində də yeni yanacaqdoldurma kompleksləri açılacaq.
Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks və 4 neft bazası daxildir, onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |