05.02.2021 [12:07] - Xəbərlər, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov və kafedranın dosenti Habil Fəttayevin “Afinor reperlerinin laylanmasında metriklər və rabitələr” adlı məqaləsi Çinin nəzəri riyaziyyat üzrə nüfuzlu “Chinese Annals of Mathematics, Series B” jurnalının 2021-ci ilin ilk sayında dərc olunub.
Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, Arif Səlimovun tələbələri ilə birgə bu nüfuzlu nəzəri jurnalda məqalələrinin sayı 6-ya yüksəlib.
Qeyd edək ki, jurnal 1981-ci ildən başlayaraq “Web of Science”, “Clarivate Analytics” elmmetrik bazasının məlumatlar platformasının SCIE indeksinə daxildir. Nəşrin impakt faktoru 0.586-dır. Jurnalın redaksiya heyətində riyaziyyat üzrə Abel və Filds mükafatı laureatları olan tanınmış riyaziyyatçılar yer alıb.

Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |