05.02.2021 [12:14] - Gündəm, Sosial
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, OIE-dən daxil olan məlumatlara əsasən, Hindistanın Maxaraştra və Qücərat, Uelsin Anqlesey və Almaniyanın Bavariya inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınaraq həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |