Şrift:
0010319 seriya ilə buraxılmış “Hartil®-D” ticari adlı dərman vasitəsinın satışı qadağan edilib
05.02.2021 [12:32] - Gündəm, Sosial
“EQIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQIS əczaçılıq zavodu ” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.

Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed