Şrift:
Türkiyədə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək
09.02.2021 [17:34] - Xəbərlər, Mədəniyyət
Türkiyənin Ərzurum Atatürk Universiteti ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın verdiyi məlumata görə, proqramda Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif bölgələrindən olan tanınmış aşıqların çıxışları olacaq.

Ziya Zakir Acar bildirib ki, proqramın təşkilində məqsəd Azərbaycanın gözəl təbiətini, xalqın öz torpağına və vətəninə bağlılığını, qəhrəman övladlarımızın igidlik salnamələrini tərənnüm etməkdir.

Atatürk Universiteti müəllimi Gürsoy Solmaz tərəfindən idarə olunacaq bədii proqram fevralın 14-də Türkiyə vaxtı ilə saat 14.00-da “Zoom” vasitəsilə başlayacaq.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed