10.02.2021 [10:09] - Gündəm, Mədəniyyət
Fevralın 9-da Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və 21-ci əsr” adlı beynəlxalq konfrans öz işini davam etdirib.
Bölmələr üzrə keçirilən iclaslarında Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, dosent Elçin İbrahimov iştirak ediblər.
Ramiz Əskər Əlişir Nəvainin yaradıcılığının Azərbaycanda öyrənilməsi, əsərlərinin nəşri məsələləri ilə bağlı məruzəsində deyib ki, böyük şair “Xəmsə”ni yazmağa başlayarkən Nizami Gəncəvini öz müəllimi hesab edib. Əlişir Nəvaidən əvvəl “Xəmsə” yazan şairlərin hamısı öz əsərlərini fars dilində yazıb. Əlişir Nəvai isə “Xəmsə”ni türk dilində yaradıb. Alim bildirib ki, Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib və çapını gözləyir.
Elçin İbrahimov “Əlişir Nəvainin Mühakəmət-ül Lüğəteyn əsərinin türkcənin inkişafında rolu” məruzəsində Nəvainin bu əsərdə türk və fars dillərini qarşılaşdırmasından, həmin dövr üçün türk dilinin və türklərin əcəm dilindən və əcəmlərdən üstün olduğunu sübuta yetirməsindən söhbət açıb.
Almaz Ülvi Binnətovanın “Nizami Gəncəvinin “İskəndərnamə”sində müdrik və ideal obrazın tərənnümü” mövzusundakı məruzəsi də maraqla qarşılanıb.

Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |