Şrift:
NATO-nun Baltikyanı ölkələrdəki qırıcıları rus təyyarəsini müşayiət edib
10.02.2021 [10:11] - Xəbərlər, Hadisə
Baltik hava patrul missiyasını yerinə yetirən NATO qırıcı təyyarələri ötən həftə Baltik dənizi üzərində, beynəlxalq hava məkanında uçan Rusiyaya məxsus hərbi təyyarəni müəyyənləşdirmək və müşayiət etmək məqsədilə səmaya qalxıb.

Bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müşayiət edilən təyyarə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “İl-78” yanacaq doldurma təyyarəsi olub. Təyyarə transponder cihazı qoşulmuş vəziyyətdə uçub, yerli aviadispetçerlərlə əlaqə saxlayıb, uçuş planına riayət edib. Təyyarə Rusiya Federasiyasının qitə hissəsindən Kalininqrad vilayətinə doğru hərəkət edib.

Qeyd edək ki, NATO hava patrul missiyası Litva və Estoniya Hava Qüvvələri bazalarından həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed