Şrift:
Türkiyədə barmaq izlərini tanıyan yeni sistemin istehsalı son mərhələyə çatıb
10.02.2021 [10:14] - Xəbərlər, Hüquq
Türkiyənin “BİYOTEKSAN” şirkətinin (biometrik cihaz qayırma) istehsal etdiyi yeni barmaq izləri tanıyan sistemində son işlər başa çatıb.

Barmaq izləri tanıyan yeni biometrik sistem cari ilin mart ayında Türkiyə Daxili İşlər Nazirliyinin istifadəsinə veriləcək. Bildirilir ki, bu sistemin tamamlanmasından sonra Türkiyə biometrik cihazqayırmada dünyanın aparıcı yeddi ölkəsindən biri olacaq. Bu sistemə barmaq izlərinin tanınması, biometrik sənədlərin hazırlanması, onların oxunması, tanınması və s. eyni təyinatlı avadanlıqların milli istehsalı daxildir. Milli biometrik cihazların geniş tətbiqi sayəsində dövlət qurumlarında və özəl sektorda vahid sistem formalaşacaq.
Bu xəbər oxucular tərəfindən 2144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed