Şrift:
Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır
10.02.2021 [10:21] - Xəbərlər, Bildiriş
Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən bildirilib ki, bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Xatırladaq ki, 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də fevralın 13-dək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed