Şrift:
“Azeri Light” neftinin bir barreli 61,69 dollara satılır
10.02.2021 [10:22] - Gündəm, İqtisadiyyat
Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar artaraq 61,69 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed