Şrift:
Ərdəbil həbsxanasında biri qadın olmaqla iki məhbus edam edilib
10.02.2021 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Edam edilənlərdən biri həbsxananın gənclər bölməsində, 3-cü palatada saxlanılan 25 yaşlı “Səid Nadiri” adlı şəxsdir. Adı açıqlanmayan başqa məhkumun 23 yaşlı qadın və Səid Nadirinin əmisinin həyat yoldaşı olduğu bildirilir.



Qadın məhkumun həbs olunduğu zaman yaşının 18-dən az olduğu, Səid Nadiri ilə birlikdə öz həyat yoldaşını öldürərək cəsədini yandırdıqları deyilir.



Beynəlxalq İnsan Haqları Təşkilatlarının verdiyi məlumatlara əsasən, cəmiyyət nisəbətinə görə İran dünyada edam hökmlərinin icrası baxımından birinci yeri tutur.


2020-ci ildə ölkədə 236 nəfər edam edilib, 96 nəfər barəsində edam hökmü çıxarılıb.



Qeyd edək ki, İranda icra olunan edamların çox faizi haqqında məlumat verilmir. İnsan haqları təşkilatları rəsmi şəkildə bildirilməmiş bu sayaq edamlara “gizli edam“ adı veriblər.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed