10.02.2021 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın “Evin” zindanında məhbus həyatı yaşayan sinfi fəal Pərisa Rəfiinin məhkəmə prosesi 12 yanvar, səhər saat 10-da Tehran əyalətinin apellyasiya məhkəməsinin 36-cı şöbəsində keçirilmişdi.
Pərisa Rəfii 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktuba görə mühakimə olunub. Azərbaycanlı tələbə bu məktubda siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərək məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edildiyini yazmışdı.
Zəncanlı tələbə 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdı. O, 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
P.Rəfii 7 iyuk 2020-ci ildə “Evin” zindanı məhkəməsinin hökmlərin icrası şöbəsinə çağrıldıqdan sonra saxlanılmış və həbs cəzasını çəkmək üçün “Evin”in qadınlar bölməsinə köçürülmüşdür.

Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |