12.02.2021 [11:04] - Xəbərlər, Hərb
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra övladlarından hələ də bir xəbər ala bilməyən erməni əsgərlərin valideynləri hərbi hissəyə hücum ediblər.
Erməni KİV-lərinə istinadla xəbər verir ki, döyüşlərdə itkin düşmüş erməni hərbçilərin valideynləri tez-tez Ermənistanda etiraz aksiyaları keçirirlər. Bu günlərdə keçirilən etiraz aksiyasının qurbanı hərbi hissənin həkimi olub. Övladları haqqında məlumat almaq istəyən əsgər valideynləri hərbi hissəyə gəliblər. Komandanlıq tərəfindən laqeydliklə qarşılaşan valideynlər hərbi hissənin ərazisinə daxil olublar. Burada baş verən qarşıdurma zamanı valideynlər tibb məntəqəsinin rəisi Armen Qidanyanı döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Hərbçi A.Qidanyan aldığı xəsarətlərlə əlaqədar tibb müəssisəsinə yerləşdirilsə də, komandanlıq faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |