Şrift:
Estoniyanın Baş naziri: Koronavirusa yoluxma göstəriciləri gözləntilərin əksinə olaraq yüksəlib
12.02.2021 [11:09] - Gündəm, Sosial
Estoniyanın Baş naziri Kai Kallas COVID-19-a yoluxma göstəricilərinin hökumətin gözləntilərinin əksinə olaraq yüksəldiyini söyləyib.

Xanım Baş nazir ötən gün deputatların suallarını cavablandırarkən yoluxma göstəricilərinin artdığını, 24 saat ərzində 798 nəfərin testlərinin nəticələrinin müsbət olduğunu, 449 nəfərin isə xəstəxanada müalicə aldığını bildirib.

“Bütün rəqəmlər vəziyyətin heç də yaxşı olmadığını göstərir”, – deyə K.Kallas əlavə edib.

Baş nazir digər ölkələrin təcrübəsinə əsasən tam məhdudiyyətlər tətbiq edildikdə COVID-19-a yoluxma göstəricilərinin aşağı düşdüyünü, lakin məhdudiyyətlər aradan qaldırıldıqdan sonra insanların məsuliyyətsiz davranışları səbəbilə yenidən artmağa başladığını vurğulayıb.

“Rəqəmlərə nəzarət edə bilməyimiz üçün insanların özləri onlara verilən sadə tövsiyələrə riayət etməlidir. Hökumət, ilk növbədə, COVID-19-a yoluxma göstəricisini 500 səviyyəsinə çatdırmaq istəyir. Lakin biz bu səviyyəyə çatmağa imkan verən istiqamətdə hərəkət etmirik”, - deyə K.Kallas bildirib.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed