Şrift:
Son sutka ərzində Rusiyada 430 nəfər koronavirusun qurbanı olub
15.02.2021 [10:29] - Gündəm, Sosial
Rusiyada COVID-19-a yoluxanların sayı 4,07 milyonu keçib. Rusiyada son sutka ərzində 14 min 185 nəfər koronavirusa yoluxub, 430 nəfər isə infeksiyadan həyatını itirib.

Bu günə qədər Rusiyada 4 milyon 71 min 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 min 126 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 milyon 593 min 101 şəxs virusdan sağalıb, 398 min 656 nəfərin müalicəsi isə davam edir.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed