15.02.2021 [10:33] - Xəbərlər, İqtisadiyyat
“Şahdəniz” yatağından Avropaya kommersiya məqsədli qaz nəqlinin başlanması Gürcüstan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu layihə Gürcüstanın enerji təhlükəsizliyində və iqtisadi inkişafında mühüm yer tutur.
Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Giorgi Qaxariya söyləyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin Gürcüstan üçün daha bir əhəmiyyəti odur ki, əlavə qaz müqaviləsi 2026-cı ilədək qüvvədə olacaq. Sənədə əsasən, Gürcüstan hər il 500 milyon kubmetrə qədər qaz əldə edəcək.
Baş nazir deyib ki, Cənub Qaz Dəhlizinin iqtisadi məqsədi Avropa bazarında rəqabətin gücləndirilməsidir. Bu layihənin inkişafının həm də siyasi əhəmiyyəti var. Bu günə qədər Azərbaycan, Gürcüstan və digər iştirakçı dövlətlər regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, indi artıq beynəlxalq miqyaslı oyunçuya çevriliblər.
“Gürcüstan vasitəsilə nəql olunan qaz beynəlxalq bazarların, əsasən də Avropa İttifaqı bazarlarında tədarükün şaxələndirilməsi və təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayacaq”, - deyə G.Qaxariya vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |