Şrift:
Son sutka ərzində dünyada 7 mindən çox insan koronavirusdan həyatını itirib
15.02.2021 [10:42] - Xəbərlər, Sağlıq
Son sutka ərzində Dünyada koronavirusa yoluxanların sayı 300 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.

Belə ki, ötən sutka ərzində dünyada 300 min 530 nəfər infeksiyaya yoluxub, 7 min 776 nəfər isə həyatını itirib. Yoluxanların ümumi sayı 108 milyon 153 min 741, ölənlərin isə 2 milyon 381 min 295 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed