15.02.2021 [10:44] - Xəbərlər, Hərb
Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Tərtər rayonunda ilkin məlumata görə 4 mindən çox obyektə, o cümlədən mülki əhaliyə məxsus evlərə, dövlət əmlakına, infrastruktura, sosial binalara ziyan dəyib. Düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Tərtərdə də dəyən ziyanın aradan qaldırılması üçün tikinti-bərpa işləri həyata keçirilir.
Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksi də düşmənin intensiv artilleriya atəşinə məruz qalıb. Kompleksdəki 34 çoxmənzilli yaşayış binasının hamısı, həmçinin məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi və qazanxanaya xeyli ziyan dəyib.
Dəyən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən binalara baxış keçirilib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir. Əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub, inşaat materialları gətirilib.
Məcburi köçkünlər düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri rəğbətlə qarşılayırlar. Məcburi köçkün Heybət Ocaqverdiyev deyib: “Düşmənin atdığı mərmi mənzilimizə düşərək partlayıb. Nəticədə mənzilin bütün otaqları əşyaları ilə birgə yararsız vəziyyətə düşüb. Dövlətimizdən çox razıyıq. Müharibə zamanı ziyan dəymiş evləri tikir, bərpa edir. Bizim də mənzilimizdə təmir-bərpa işləri aparılır. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |