16.02.2021 [10:37] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “AstraZeneca“ şirkətinin koronavirus əleyhinə peyvəndinə təcili istifadə üçün icazə verib.
Beynəlxalq qurumun Ekspertlər Şurasının tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb. Belə bir icazənin verilməsi üçün peyvənd maddəsinin təsir gücü və təhlükəsizliyi ilə yanaşı həmin peyvəndin istehsal olunduğu əczaçılıq müəssisələrinin beynəlxalq keyfiyyət standartlarına cavab verməsi də yoxlanılır.
ÜST-ün təcili istifadə üçün icazəsi BMT təsisatlarının hər hansısa peyvənd və ya dərman preparatını ala və paylaya bilməsi üçün əsas şərtdir. Eyni zamanda, peyvəndlərin yoxlanılması üçün öz imkanları olmayan ölkələr ÜST-ün icazəsini əsas götürərək, həmin peyvəndin istifadəsini rəsmiləşdirirlər.

Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |