16.02.2021 [10:49] - Gündəm, Sosial
Avstriya hökuməti fevralın 15-də ekspertlər, əyalət qubernatorları və parlamentdə təmsil olunan siyasi partiyalarla aparılan məsləhətləşmə və danışıqlardan sonra hazırda karantin qaydalarında yumşaldılmaların gözlənilmədiyini açıqlayıb.
Fevralın 8-də ölkədə ticarət obyektlərinin fəaliyyəti və məktəblərdə əyani dərslər bərpa olunduqdan sonra tezliklə iqtisadiyyatın digər sahələrində də eyni addımlara ümid bəslənirdi. Lakin ölkədə koronavirusun mutasiyaya uğramış variantlarının yayılması hökuməti növbəti addımlardan çəkinməyə vadar edib. Hökumətin açıqlamasına görə, Pasxa bayramına kimi, yəni aprel ayının əvvəlinədək qastronomiya obyektləri, otellər və mədəni-kütləvi tədbirlər üçün sərt karantin qaydaları qüvvədə qalacaq.
Federal Kansler Sebastian Kurts, həmçinin bildirib ki, ötən həftəki yumşaldıcı qərarların ardınca martın 1-dək ölkədəki epidemioloji vəziyyət müşahidə ediləcək və həmin tarixdə növbəti addımlar barədə qərar elan ediləcək. Mülayim havalı fəsillərin yaxınlaşması və ölkədə vaksinasiya kampaniyasının uğurla davam etməsi karantin şərtlərinin daha tez aradan qaldırılmasını da mümkün edə bilərlər.

Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |