Şrift:
Özbəkistanda vaksinasiyaya mart ayının birinci yarısından başlanılacaq
16.02.2021 [10:50] - Gündəm, Sosial
Özbəkistanda COVID-19 virusuna qarşı vaksinasiyaya mart ayının birinci yarısından başlanılacaq.

Bu haqda Özbəkistan Sanitar-Epidemioloji İnspeksiyasının yaydığı məlumatda bildirilir.

Əhalini vaksinasiya etmək üçün indiyədək 3 138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.

Birinci növbədə vaksin yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulacaq.

Məlumatda qeyd edilir ki, Özbəkistan vaksin üzrə qlobal COVAX alyansına üzv olub və bu proqram vasitəsilə Rusiyanın “Sputnik V" vaksinini sifariş edib.

Bu ilin sonunadək 7 milyon nəfər və ya əhalinin 20 faizinin peyvənd olunması nəzərdə tutulur. Ölkədə Çin istehsalı olan vaksinin istifadəsi də gündəlikdədir.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed