Şrift:
Əlirza Fərşi virtual formada keçirilən ədalətsiz məhkəmə iclasına etiraz edib
16.02.2021 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan İnsan Haqları Cəmiyəti-nin(ƏRK) verdiyi bilgiyə görə, zindan məsulları və məmurları fevralın 14-ü, gecə saat 23-də “Fəşafuyə” zindanında saxlanılan Əlirza Fərşiyə virtual məhkəmə iclasının keçiriləcəyi barədə xəbər veriblər.


Deyilən məhkəmə iclası fevral ayının 15-i, səhər saat 8-də keçirilib. Məhkəmə iclasının keçirildiyi dəqiqəyə kimi Ə.Fərşiyə məhkəmə toplantısının səbəbi və şikayətçinin kimliyi barədə heç bir məlumat verilməyib.


Əlirza Fərşi səs failı formasında yaydığı etiraz mesajında bildirib ki, “milli təhlükəsizliyə qarşı toplaşmaq və işbirliyi”, “sistemə qarşı təblığat” ittihamları ilə Tehranın “Müqəddəs” məhkəməsinin 3-cü istintaq şöbəsində virtual şəkildə keçirilən məhkəmənin başlanmasından 12 saat öncə ona bu barədə xəbər veriblər.


Ə.Fərşi “Cinayət Prosessual Məcəlləsinin 171-ci maddəsinə əsasən məhkuma bildiriş vərəqəsinin göndərilməsi ilə onun müstəntiqlə görüşü arasında ən azı 5 gün fasilə olmalıdır” deyib. Bununla yanaşı “Cinayət Prosessual Məcəlləsinin 343-cü maddəsinə görə, bildiriş verilməsi və məhkəmə iclasının keçirilməsi arasında bir həftədən az vaxt olmamalı, müttəhim tutarlı səbəbdən iclasda iştirak edə bilmədiyi təqdirdə məhkəmə iclası təxirə salınmalıdır”.


Milli-mədəni fəal söyləyib ki, bütün faktlar və baş verənlər bu məhkəmənin göstəriş, tapışırıq əsasında keçirildiyini sübut edir.


Əlirza Fərşi, 2013-cü ildə "Dünya Ana Dili Günü" mərasiminə qatıldığı üçün həbs olunub. O, "milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq" ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs cəzasına məhkum edilib.


Əlireza Fərshi “Şərif Texnologiya Universiteti”ndə kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb. Mədəni fəaliyyətlərinə, o cümlədən Azərbaycanın məhrum kəndlərində Azərbaycan-Türk kitabxanasının yaradılmasına və "Ana dilində tədris" kampaniyasına başladığına görə bir neçə dəfə tutulub və həbs edilib.
Bu müddət ərzində Koronovirusun yayılmasına baxmayaraq cənab Fərşi məzuniyyətə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed