Şrift:
Urmunun Şəhər Şurasinin kürdləşdirilməsinə cəhd edilir
26.11.2012 [10:16] - Güney Azərbaycan xəbərləri
Son aylarda Bəsic təşkilatlarının (radikal hökumət tərəfdarları-yarım silahlı dəstələr) iclaslarında Azərbaycana qarşı şübhəli çıxışlar edilir.
Kürd millətçilərinin lobbilərin nüfuzuna məruz qalmış Bəsic Təşkilatlari, Güney Azərbaycanın Urmu şəhəri və bölgədəki kəndlərin yerli Şurasında, kürd millətçilərinin sayının artırılmasını planlaşdırır.
Məlumata görə, Bəsic Təşkilatları tərəfindən Urmu şəhərinin müxtəlif məscidlərində keçirilən iclaslarda, Urmunun Şəhər Şurasına ən azı 4 kürd millətçisinin gətirilməsini vacib hesab edirlər. Onlar Azərbaycanın mədəni hüquqları uğrunda fəaliyyət göstərən soydaşlarımızı pantürkist adlandırıb və onları PKK, PEJAT və Kürdistan Demokrat Partiyası terrorçularından daha təhlükəli olduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed