26.11.2012 [10:19] - Güney Azərbaycan xəbərləri, Hərb
“İran Suriyaya qarşı hərbi müdaxiləni dəstəkləmir və böhranın siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır”.Bunu İran parlamentinin Əli Laricani Livanda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran hər zaman bölgədə demokratiyanın bərqərar olmasını dəstəkləyib: “Lakin bəziləri Suriyada demokratiyanı silah yolu ilə təmin etmək istəyirlər. Biz isə dialoq yolu ilə problemin həllini dəstəkləyirik. İran Livan xalqı üçün də milli birlik arzulayır”.
Ə. Laricani Türkiyənin Suriya ilə sərhədə “Patriot” raketləri yerləşdirmək istəyini də tənqid edib: “Suriyadakı böhran bununla həll edilməz”.
Qeyd edək ki, hazırda İran parlamentinin sədri Türkiyədə səfərdədir. Ə. Laricani bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdü, həmçinin sabah İranın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək Aşura mərasiminə də qatılacaq.

Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |