Şrift:
Magistraturaya sənəd qəbulu bu gün başa çatır
18.02.2021 [11:21] - Xəbərlər, Bildiriş
Magistraturaya sənəd qəbulu bu gün başa çatır. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və fevralın 18-i saat 23:59-dək davam edəcək.

Bu gün saat 10:20-yə olan məlumata görə, 17 min 849 bakalavr (Azərbaycan bölməsi – 16 min 291; rus bölməsi - 1558) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in saytındakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (Ərizələrini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onu doldurduqdan sonra saat 17:00-dək DİM-ə yaxınlaşmalıdırlar).

İmtahan fevralın 28-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed