Şrift:
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilib
19.02.2021 [10:37] - Gündəm, İdman
Fevralın 18-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilib.

16 qarşılaşmadan 9-u artıq başa çatıb.

Açılış matçı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçikanın "Brügge" klubu arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İngiltərənin "Mançester Yunayted" klubu pandemiya səbəbindən İtaliyada keçirilən səfər matçında İspaniyanın "Real Sosyedad" komandasını 4 cavabsız qolla məğlub edib. "Tottenhem" isə Macarıstanın paytaxtı Budapeştdə Avstriyanın "Volfsberq" klubunun qapısından eyni sayda top keçirib.

İtaliya təmsilçilərindən "Roma" Portuqaliyada "Braqa"nı 2:1 hesabı ilə məğlub edib. "Milan" isə Serbiyada "Srvena Zvezda" ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verib - 2:2.

Günün maraqlı oyunlarından biri də İsveçrədə baş tutub. Almaniyanın "Bayer" klubunu qəbul edən "Yanq Boyz" görüşdə 4:3 hesablı qələbə qazanıb.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed