Şrift:
Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tikantəpə divarlarına poster və traktlar yapışdırılıb
19.02.2021 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Traktlarda üç dildə, türkcə, ingiliscə və farsca Beynəlxalq Ana Dili Günü təbriki yazılıb.


Son iki gündə oxşar aksiya Urmu şəhərində də həyata keçirilib. Bundan bir neçə gün öncə isə Urmu şəhərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə şəhər uşaqları arasında çox sayda türkcə uşaq kitabları paylanılıb.


Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.


Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.


Hal-hazırda azərbaycanlı milli-siyasi fəallar Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi Beynəlxalq Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran həbsxanalarda cəza çəkməkdədirlər.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed