Şrift:
Fərəc Quliyev Azərbaycandakı bütün səfirlik və beynəlxalq təşkilatlara müraciət etdi
21.02.2021 [16:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: Ermənistan silahsızlaşdırılmalıdır


Bəşəriyyətə qarşı törədilən cinayətlər cəzasız qaldıqca, yeni və daha ağır bəşəri təhdiddlər ortaya çıxır. 26 fevral tarixi Ermənistanın Xocalıda Azərbaycanlılara qarşı törətdiyi soyqırımının ildönümüdür.
Ermənistanın Xocalıda Azərbaycanlılara qarşı törətdiyi soyqırım dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən layiqli cavablandırılmadığından ən pis pressedent oldu. Dünyanın müxtəlif yerlərində Ermənistan kimi faşist rejimlər ruhlandı.
Ermənistan özü isə 2020-ci ildə Azərrbaycan öz ərazilərini Ermənistanın işğalçı ordularından təmizləyərkən Azərbaycanın mülki əhalisinə qarşı yenidən soyqırım etdi.Məlumunuz olduğu kimi Azərbaycan BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün qəbul etdiyi, amma 27 il ərzində yerinə yetirilmədiyi 4 qətnaməsini 2020-ci ildə icra etdi. Sülhə məcburetmə əməliyatları zanmanı Azərbaycan ordusu yalnız Ermənistanın ölkəmizdə olan işğalçı hərbi hissələrinə zərbə endirdi. Amma Ermənistan tərəfi Azərbaycan ordusu qarşısında aciz qaldığından mülki əhalini yenə də hədəf götürdü. Bərdə, Tərtər, Ağcabədi və bir çox digər Azərbaycan kənd və şəhərləri ağır artilleriya və raket atəşinə tutuldu. Döyüş bölgəsindən xeyli aralıda olan Gəncə şəhərinə ballastik raket atıldı.Yüzlərlə mülki şəxs, uşaq və qocalar da daxil olmaqla həlak oldu. Şuşa şəhərinə “İsgəndər” raketinin atılması Ermənistan rəsmiləri tərəfindən bu yaxınlarda Ermənistan mətbuatında rəsmən etiraf olundu.
Bu o deməkdir ki, soyqırım siyasəti Ermənistanın rəsmi dövlət siyasətidir. Xocalı soyqırımının birbaşa iştirakçısı olan Ermənistanın keçmiş prezidenti Sarkisyan sonralar ən yüksək beynəlxalq trubinalarda və xarici mətbuatda deyirdi: “Biz Xocalıda dinc mülki əhalini qırana qədər Azərbaycan tərəfi bizim mülki əhaliyə toxunmayacağımızı düşünürdü.Biz bu sterotipi qırdıq”.
Ağır bəşəri cinayətlərini rəsmən, açıq etiraf edən Sarkisyan və onun kimilər Beynəlxalq məhkəmələrdə çoxdan ən ağır formada cəzalandırılmalı idilər. Lakin cəzasızlıqdan məmnun, bu zehniyyəti daşıyan Sarkisyan, Köçəryan kimi soyqırım törədən canilər yenidən Ermənistanda hakimiyyətə gəlmək iddiasındadırlar.
Hesab edirəm ki, özünü mədəni və ədalətli sayan, terror və soyqırıma yox deyən milli dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın davranışlarına adekvat münasibət göstərməlidirlər.
Baş vermişlərə qınaq və təəssüf bildirmək pis ənənənin qarşısını ala bilməz. Azərbaycanın 20% əraziləri 30 il Ermənistan işğalında qaldı. Bu ərazilərdə 1000- lərlə kənd, şəhər tamamilə yerlə yeksan edilib. Ölkəmizdə olan səfirlik və beynəlxalq təşkilat nümayəndələri bunları yerindəcə müşahidə ediblər.
Ermənistanda bu gün də revanşist faşist çağırışlar eşidilir, yeni təhdidlər edilir. Bu isə bölgədə yeni destabilizasiya üçün zəmin yaradır. Bütün bunları nəzərə alaraq milli dövlətlər və beynəlxalq təşkilatlar

- Xocalı soyqırımını rəsmən tanımalı;

- Xocalı soyqırımında iştirakı olanların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımçı olmalı;

- Ermənistanın Azərbaycan ərazilərində işğal nəticəsində törətdiyi dağıntı və talana görə təzminat ödəməsini təmin etmək üçün müvafiq prosedurların həyata keçirilməsinə dəstək verməli;

- Erməmistanın silahsızlaşdırılması siyasətini həyata keçirməlidir.


Çağırışım bütün bəşəriyyəti ailə, yer kürəsini hamımızın evi kimi görə bilən və bu evdə ailə düzəninin pozulmasına qarşı barışmaz mövqedə olanlaradır.

Milli Dirçəliş Hərəkatı partiyasının sədri, istiqlalçı millət vəkili Fərəc Quliyev.

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed