23.02.2021 [11:24] - Gündəm, Sosial
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllü gəncləri tərəfindən vətəndaşlar arasında COVID-19 əleyhinə peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirmə işləri aparılır.
İdarədən bildirilib ki, sakinlərlə söhbət zamanı vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında tətbiq edildiyi sakinlərin diqqətinə çatdırılır. Həmçinin insanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan “COVID-19 vaksin randevu” adlı elektron xidmətdən istifadə edərək, randevu.its.gov.az saytından qeydiyyatdan keçmə qaydaları, peyvənd olunmaq üçün onlayn qaydada növbənin necə götürülməsi haqqında məlumatlar verilir.
Xatırladaq ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq birinci mərhələdə yaşı 65 və ondan yuxarı, ikinci mərhələdə isə 50-65 yaş arası insanların vaksinasiyası nəzərdə tutulub və bu proses hazırda davam etməkdədir

Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |