Şrift:
Quba Regional Perinatal Mərkəzində ağır vəziyyətdə doğulan əkiz uşaqların həyatları xilas edilib
23.02.2021 [11:37] - Gündəm, Sağlıq
Quba Regional Perinatal Mərkəzində vaxtından əvvəl doğulduğuna görə ağır vəziyyətdə olan əkiz uşaqların həyatları xilas edilib.

Mərkəzdən bildirilib ki, yanvarın 31-də hərbçi ailəsində əkiz oğlan uşaqları dünyaya gəlib. Ana Zülfiyyə Talıbova Xaçmaz rayonunun Xudat şəhərindən təcili tibbi yardım maşınında yüksək təzyiqlə Perinatal Mərkəzə gətirilib. Hamilə qadın dərhal əməliyyata götürülüb və vaxtından əvvəl, hamiləliyin 30 həftəsində 1400 və 1450 qram çəkisi olan əkiz oğlan uşaqları dünyaya gəlib.

Ağır vəziyyətdə olan əkiz uşaqların ağ ciyərlərinə 2 dəfə dövlət təminatlı “Curosurf” preparatı yeridilib. Uşaqlar tənəffüs dəstəyi aparatına bağlanıb.

Hazırda hər iki uşağın vəziyyəti stabilləşib, sərbəst tənəffüs alırlar. Körpələrin çəkiləri 1800 və 1785 qrama qədər artıb. Əkizlər yaxın günlərdə ailələrinə qovuşacaqlar.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed