24.02.2021 [11:28] - Gündəm, İqtisadiyyat
Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Bir sıra istiqamətlərdə xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhlükəsizlik məqsədilə və metereoloji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir.
Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.
Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmaları, sürücülərdən sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş edilir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə olunur.

Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |