Şrift:
Yeni Zelandiyada özünü sahilə atmış qara delfinlər xilas edilib
24.02.2021 [12:21] - Gündəm, Hadisə
Özünü Yeni Zelandiyanın Cənub adasının şimal sahillərinə atmış 28 qara delfin mütəxəssislər tərəfindən xilas edilib.

Bu barədə “Radio New Zealand” radiosu məlumat yayıb. Bildirilir ki, həmin delfinlər özlərini Kraytsçörç şəhərindən 500 kilometr şimal-qərbdə yerləşən Faruell - spit əyrisi sahillərinə atıblar. Yeni Zelandiya Təbiət və Tarixi İrs Departamentinin mütəxəssisləri hadisədən dərhal sonra həmin əraziyə gəliblər.

Dənizdə qabarmanın başlamasını gözləyən xilasedicilər delfinləri açıq dənizə buraxıblar. Departamentdən bildiriblər ki, bundan üç sutka əvvəl də həmin yerdə 49 delfin özünü sahilə atıb. Onlardan 40-ı xilas edilərək dənizə qaytarılıb.

Qeyd edilir ki, Qolden-Bey körfəzində qara delfinlərin məhv olması ilə bağlı son 15 ildə 10 hadisə qeydə alınıb. Son belə hadisə 2017-ci ilin fevralında baş verib. Həmin vaxt dənizin çəkilməsindən sonra 700 delfin sahildə qalıb və onlardan 250-si məhv olub
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed