Şrift:
Daşkənddə azərbaycanlı yazıçının romanı özbək dilində çapdan çıxıb
25.02.2021 [10:11] - Xəbərlər, Mədəniyyət
Daşkənddəki “Yanqi asr avlodi” nəşriyyatı Azərbaycan yazıçısı Varisin “Sənə inanıram” romanını özbək dilində çap edib.

Romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, yazıçı və tərcüməçi Rüstəm Cabbarov çevirib.

Rüstəm Cabbarov Varisin digər romanı - “Sonuncu ölən ümidlərdir” əsərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.

Xatırladırıq ki, Varisin kitabları Özbəkistandan başqa Rusiya, Türkiyə və digər ölkələrdə də çap olunub.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed